Rusiya prezidenti Vladimir Putin iyunun 17-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPİEF) plenar iclasında iştirak edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tədbirdə Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev və Misirin prezidenti Əbdülfəttah əs-Sisi iştirak edəcəkş Çin Xalq Respublikasının sədri Si Cinpin isə videomüraciətlə tədbirə qoşulacaq.
Forumda Putinin bir sıra xarici ölkə liderləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulub. Eyni zamanda prezident Rusiya mediasının suallarını cavablandıracaq.