İŞİD-in Afrikadakı yüksək səviyyəli rəhbərlərindən biri olan Oumeya Ould Albakayenin fransız "Barkhane" qüvvələri tərəfindən ələ keçirildiyi açıqlanıb.
"Unikal" xəbər verir ki, Fransa Baş Qərargahının verdiyi açıqlamaya görə, Fransa qüvvələri Böyük Sahara İŞİD-ın yüksək səviyyəli rəhbərlərindən biri olan Albakayeni iyunun 11-dən 12-nə keçən gecə Mali-Niger sərhədi yaxınlığında ələ keçirib.
Albakayenin Malidəki müxtəlif hərbi müəssisələrə çoxsaylı hücumlar həyata keçirən və əldəqayırma partlayıcı qurğular quraşdıran şəbəkələri idarə etdiyi paylaşılıb.
Mali xaricində yerləşdirilmək üçün "Barkhane" qüvvələrinin keçdiyi yolları hədəf aldığı iddia edilən Albakayenin Mali və Burkina-Faso xalqlarına qarşı çoxlu zülm və qisas hərəkətləri həyata keçirdiyi də bildirilib.