Rusiya ən yaxın vaxtda Azərbaycan Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın ikinci iclasını keçirməyə hazırdır.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
"Biz mayın 24-də Azərbaycan Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın birinci iclasının keçirilməsini alqışlamışıq. Razılaşdırılıb ki, ikinci görüş Moskvada keçirilsin. Biz öz tərəfimizdən ən yaxın vaxtda bu görüşü təşkil etməyə hazırıq. Azərbaycan və Ermənistandan olan tərəfdaşlarımızdan görüşün tarixi ilə bağlı təkliflər gözləyirik", deyə Rusiya XİN rəsmisi vurğulayıb.