"Taxıl dəhlizi ilə bağlı Rusiyadan cavab gözləyirik"
"Unikal" xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. O, qeyd edib ki, Ukraynanın Qara dəniz vasitəsilə taxıl ixrac etməsi üçün minaların təmizlənməsinə ehtiyac olmadığını, təhlükəsiz xətlərin açıla biləcəyini bildirib.
XİN rəhbəri BMT planının işlək plan olduğunu və tərəflər razılaşarsa İstanbulda görüşün baş tutacağını deyib.
Türkiyənin BMT-nin planını dəstəklədiyini vurğulayan Mövlud Çavuşoğlu, "Tərəflər razılaşarsa, detalları müzakirə etmək üçün İstanbulda görüşə biləcəyimizi dedik" ifadəsini işlədib.