ABŞ-ın Federal Rezerv Sistemi (FED) uçot dərəcəsini dəyişib.
"Unikal" xəbər verir ki, uçot dərəcəsi 75 bənd artırılaraq 1,50-1,75% həddində müəyyən edilib. Bu, 1994-cü ildən sonra ən böyük artımdır.
Qeyd edək ki, mayın 12-dəki çıxışında FED-in rəhbəri Jerom Pauel iyunun ortalarında və iyulun sonunda uçot dərəcəsinin artırılacağını bildirmişdi. Məqsəd daxili istehlakın artmasının qarşısını alımaqdır.