İtaliyanın baş naziri Mario Draqi, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron ruslar tərəfindən dağıdılan şəhəri öz gözləri ilə görmək üçün İrpenə gəliblər.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
***11:36
Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Mario Draqi Ukraynaya gəliblər.
Bu barədə "Unikal" xarici KİV-ə istinadən xəbər verir.
Gülayə Mecid
***00:30
Fransa, Almaniya və İtaliya liderləri iyunun 16-da Ukraynaya səfər edəcəklər.
"Unikal" xəbər verir ki, Emmanuel Makron, Olaf Şolts və Mario Draqinin Kiyevə gəlişini Avropa İttifaqının yüksək rütbəli diplomatları və rəsmiləri də təsdiqləyib.
Dövlət və hökumət başçıları Avropa Komissiyasının Aİ-yə namizədlik statusu ilə bağlı qərarını açıqlamadan öncə dəstək ifadə etmək üçün Ukrayna lideri Volodimir Zelenski ilə görüşməyi planlaşdırırlar.
Avropalı diplomatların fikrincə, Avropa Komissiyasının Ukraynaya namizəd statusunun verilməsini tövsiyə edəcəyi gözlənilir.