Ukrayna daxili işlər nazirinin müavini Yevhen Yenn Ukrayna prezidenti Volodimir Zelenskinin öldürülməsinin qarşısının Rusiya tərəfindən alındığını bəyan edib.
"Unikal" xəbər verir ki, Yevhen açıqlamasında Rusiyanın hücumlarına başladıqdan sonra Zelenskiyə qarşı çoxlu sui-qəsdlərin edildiyini xatırladıb. O, Ukrayna liderinə qarşı terror aktlarının qarşısnını alındığını bildirib.
Onun sözlərinə görə, Rusiyanın mümkün təxribatına qarşı əks-təxribat qrupları da qurulub və uğurlu nəticələr əldə edilib.
Yeninin sözlərinə görə, hərbi hücumların ilk günlərindən milli polis təxribat qrupları ilə mübarizədə iştirak etdi:
"123-dən çox qarşıdurma təxribat qrupları yaradılıb və bu qruplarda 1500 nəfər iştirak edib. Qısa müddətdə bunun nəticəsini aldıq. Təxribat və kəşfiyyat fəaliyyətində şübhəli bilinən 800-dən çox şəxs saxlanılaraq kəşfiyyat orqanlarına təhvil verilib".