Xarkov vilayətində ukraynalı artilleriyaçılar Rusiyanın 20-ci birləşmiş ordunun komanda məntəqəsini dağıdıb, 40-dan çox rus işğalçısını məhv ediblər.

"Unikal" xəbər verir ki, bu barədə ukraynalı jurnalist Roman Tsymbalyuk məlumat verib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətinə endirdiyi artilleriya zərbəsi nəticəsində Qərb Hərbi Dairəsinin 20-ci birləşmiş ordunun komanda məntəqəsi məhv edilib.