Dünya ictimaiyyətinin Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, Hindistanın Rusiya kömürünün alışı son həftələrdə dəfələrlə artıb.
"Unikal" xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunur ki, Hindistan hökumətinin açıqlanmayan məlumatlarına əsasən, Hindistan son 20 gün ərzində kömür və digər əlaqəli məhsullara 331,17 milyon dollar xərcləyib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə çoxdur.