ABŞ Maliyyə Nazirliyi Rusiyanın dünya üzrə ümumilikdə 330 milyard dollarlıq aktivinin müsadirə edildiyini açıqlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, nazirliyin məlumatına görə, sanksiyaya məruz qalmış rusiyalı şəxslərin 30 milyard dollar vəsaitini və Rusiya Mərkəzi Bankının 300 milyard dollarlıq aktivini dondurulub.
"Rusiya Mərkəzi Bankının 300 milyard dollarlıq aktivləri əməliyyat qrupu tərəfindən hərəkətsizləşdirilib, yaxtalar və dəbdəbəli daşınmaz əmlaklar da müsadirə edilib, dondurulub və ya saxlanılıb", - məlumatda deyilir.
Gülayə Mecid