Bakının Nəsimi rayonunda mənzildə qaz sızmasından partlayış zamanı ev sakini ağır xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə Hüseyn Seyidzadə 26 ünvanında qeydə alınıb.
Aynurə Qaralova elektrik lampasını yandıran zaman evdə partlayış baş verib. Əraziyə FHN-nin əməkdaşları və 2 təcili yardım briqadası cəlb olunub. Həkimlər bildiriblər ki, A.Qaralovanın vəziyyəti ağırdır.

Ərazidə ekspertiza işləri aparılır.