Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Yevlax-Ağdam magistral avtomobil yolunun Bərdə rayon Şirvanlı kəndi ərazisində qeydə alınıb. “Toyota”, “NİVA” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, altı nəfər xəsarət alıb.
Həlak olan şəxs Bərdə rayon Əmirli kənd sakini, 1986-cı il təvəllüdlü Eyvazova Şəhla Dadaş qızıdır.
Müxtəlif bədən xəsarətləri alan Həziyev Əhəd Mehbalı oğlu, Zeynalova Afaq Mehbalı qızı, Həziyeva Mülayim Məmiş qızı, Dadaşov Ələmdar Məhərrəm oğlu, Cəlalov Sədi Cəlal oğlu, Hüseynov Kənan Həsən oğlu Bərdə Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, Sədi Cəlalov və Ələmdar Dadaşov polis əməkdaşlarıdır.
Daha ətraflı Baku TV-nin süjetində: