Paytaxtda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal" xəbər verir ki, hadisə şəhərin Babək prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 77 BA 576 dövlət nömrə nişanlı "Hyundai Elantra", 99 DZ 865 dövlət nömrə nişanlı "Wolksvagen Passat"la toqquşub.  Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Ağarza Elçinoğlu