Bərdədə itlərə işgəncə verilib.
"Unikal" xəbər verir ki, itləri avtomobilə bağlayıb yolboyu sürüyüblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, heyvanlara qarşı zorakılığı əks etdirən görüntülərlə bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalar başlanılıb:
“Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək və ictimaiyyət məlumatlandırılacaq”.
Qeyd edək ki, ötən gün Neftçala rayonunda da Cəsarət Bayramov və Kənan Dünyamalıyev bel ilə vəhşi heyvanın başına vuraraq işgəncə verib öldürmüşdülər.