Bakı-Qazax yolunda yük maşını qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb. Magistralın Hacıqabuldan keçən hissəsində “Ford” markalı kiçiktutumlu yük avtomobili aşıb. Hadisə nəticəsində maşının yük yerində olan qarpız-yemiş ətrafa dağılıb. Həmçinin müxtəlif dərəcəli xəsarətlər alan sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər gələnə kimi yoldan keçən vətəndaşlar həmin sürücüyə kömək etməyə çalışıb.