Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 3000 m² (hər mərtəbəsi 1500 m²) olan ikimərtəbəli mebel sexinin 2-ci mərtəbəsində taxta yonqarı və tullantıları 40 m² sahədə yanıb.
Bu barədə "Unikla"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, sexin qalan hissəsi və 6 ədəd dəzgah yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.