Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı Doğum evi) körpə ölümü ilə bağlı araşdırmalara başlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, körpənin ölümünün səbəbinin müəyyən edilməsi ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, bu gün Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı Doğum Evi) körpənin öldüyü və meyitin həkimlər tərəfindən doğum evindən qaçırılması ilə bağlı iddialar yayılıb.