Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə rayonun Quşçu kəndində qeydə alınıb. Hərəkətdə olan iki "VAZ  2106 " markalı minik maşını toqquşub. Qəza zamanı bir qadın ölüb, bir nəfər isə ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov