Bakıda ana və 7 yaşlı qızı itkin düşüb.
"Unikal" "Report"a istinadən xəbər verir ki, hadisə iyulun 24-də paytaxtın Xətai rayonu, General Əliağa Şıxlinski küçəsində qeydə alınıb.
Belə ki, 1990-cı təvəllüdlü Vüsalə Zeynalova qızı, 2015-ci il təvəllüdlü Xədicə Zeynalova ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində aradşdırma aparılır.