Mingəçevirdə ananın vurduğu iynədən şoka düşən övladı ölüb.
"Unikal"ın məlumatına görə, iynə vurulması nəticəsində şoka düşən uşaqlardan biri, 2 yaşlı Nuray İslamzadə xəstəxanada dünyasını dəyişib
xxx
2022/07/29 21:54
Mingəçevirdə ananın vurduğu iynə övladlarını şoka saldı.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin "Sağ sahil" yaşayış massivində qeydə alınıb. Belə ki, nənəsi evində halı pisləşən 2 yaşlı Nuray İslamzadə və 3 yaşlı qardaşı Fərrux İslamzadəyə anaları antibiotik iynə vurub. Hər iki uşağın vurulan iynədən sonra vəziyyəti pisləşib. Onlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar. Tibbi yardım göstərilən uşaqların vəziyyəti stabilləşib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov