Xaçmaz şəhərində bədbəxt hadisə baş verib.
“Unikal" report-a istinadən xəbər verir ki, hadisə şəhərin M.Ə.Sabir küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini 2007-ci il təvəllüdlü Xəlilov Seyidəli Elnur oğlunu həmin ərazidə pivə soyuducusundan elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.