Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) "Unikal"-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1991-ci il təvəllüdlü Ələsgərov Ağababa Qurban oğlunun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib