Bu gün suda batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən gün ərzində “Mingəçevir”, “Şüvəlan” və “Nardaran” sularda xilasetmə məntəqələrinin ərazisində, “Bilgəh”, “Qobustan” və “Görədil” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.