Şəkidə 17 yaşlı yeniyetmə göldə batıb
"Unikal"ın məlumatına görə, hadisə Şəkinin Aydınbulaq kəndində baş verib.
Belə ki, Şəki şəhər sakini, 2005-ci il təvəllüdlü Mehdi Mehman oğlu Əzizov Aydınbulaq kəndinə bibisigilə qonaq gedib. 17 yaşlı Mehdi Əzizov həmin kənddə "Keşiş Gölü" kimi tanınan göldə bibisi uşaqları ilə çimərkən boğularaq ölüb. Yeniyetmənin meyiti göldən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli