Avqust ayında Finlandiya, İsveç və Türkiyə nümayəndələri Finlandiyada görüşəcəklər.
"Unikal" xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib.
Onun sözlərinə görə, qarşıdakı görüşün məqsədi NATO-nun Madriddə keçirilən sammitində razılaşdırılan anlaşma memorandumunun bəndlərinə baxmaqdır.
Haavisto əlavə edib ki, Türkiyə Finlandiyanın prosesi sürətləndirmək istəyindən xəbərdardır.
Bundan əvvəl İsveç Xarici İşlər Nazirliyi Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə görüşün gələn həftə İsveç ərazisində baş tutmayacağını açıqlamışdı.
Bildiyiniz kimi, İsveç və Finlandiya birlikdə mayın 18-də - Rusiyanın Ukraynaya qarşı apardığı üç aylıq müharibədən sonra NATO-ya üzvlük üçün tarixi ərizələr veriblər. Finlandiya üçün bu addım bir çox onilliklərə, İsveç üçün isə təxminən 200 illik neytrallığa son qoyub.