“Narıncı kral” kimi tanınan braziliyalı milyarder Xose Luis Kutrale 75 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, Forbes siyahısına düşən iş adamı son illərdə yaşadığı Londonda təbii səbəblərdən dünyasını dəyişib.

Ölümü zamanı onun sərvəti 1,9 milyard dollar qiymətləndirilirdi. O, ən varlı braziliyalılar siyahısında 25-ci yerdə idi. 1967-ci ildə Cutrale ailəsi dünyanın ən böyük şirə zavodlarından birinə çevrilən Cutrale şirkətini qurub. 2020-ci ildə qrupun gəlirləri 3,1 milyard dollar olub.