Finlandiyanın “Fennovoima” enerji şirkəti Rusiyanın “Rosatom” şirkətinə qarşı hüquqi prosesə başlamaq niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Joakim Spect bildirib.
Spect qeyd edib ki, Fennovoima artıq arbitraj məhkəməsinə iddia qaldırıb. Ümumilikdə Finlandiya şirkəti Rosatomdan təxminən 2 milyard avro tələb edir.
Fennovoima may ayında Hanhikivi atom elektrik stansiyasının tikintisi üçün Rosatom ilə müqaviləni ləğv edib. Səbəb kimi şirkət əhəmiyyətli gecikmələri və Rosatom-un AES layihəsini başa çatdıra bilməməsini göstərir. “Rosatom” daha əvvəl bəyan etmişdi ki, Hanhikivi layihəsinə görə təzminat tələb edəcək, çünki Rusiya tərəfinin fikrincə, müqavilə əsassız olaraq ləğv edilib.