Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Kirovoqrad vilayəti üzrə rəisi, polkovnik-leytenant Aleksandr Nakoneçnı Kropivnitskidə ölü tapılıb. 
 

"Unikal" xəbər verir ki, Nakoneçnının meyiti avqustun 20-də saat 22:50 radələrində Tarkovski küçəsindəki mənzildə həyat yoldaşı tərəfindən aşkar edilib.

Onun güllə ilə öldürüldüyü məlum olub.