Rusiyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı sutkada 39 669 nəfər, koronavirusdan ölənlərin sayı 64 nəfər olub.
"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə infeksiyaya nəzarət üzrə federal qərargahdan məlumat verilib.
Bir gün əvvəl ölkədə 40 010 yoluxma, 69 ölüm halı qeydə alınıb, ümumilikdə pandemiyanın başlandığı gündən müvafiq olaraq 19 117 343yoluxma və 383 560 nəfər ölüb.
Sağalma hallarının sayı bir gün əvvəl 24 222-yə qarşı 22 236 artaraq 18 284 586-ya çatıb. Rusiyada bir gün əvvəl 3450 nəfərə qarşı (46,3% azalma) 1853 COVID xəstəsi xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərin sayı 11 rayonda artıb.