Moskvada on çeçen tanınmış vəkil Pavel Gerasimovu uşaq meydançasında döyüb.
"Unikal" xəbər verir ki, axşam saatlarında zərərçəkmiş oğlu ilə Mosfilmovski elit yaşayış kompleksinin həyətindəki uşaq meydançasında gəzirmiş.
Gəzən uşaqlar arasında münaqişə yaranıb, bu zaman kişi oğlandan başqa insanların cinsi orqanına toxunmamasınını məsləhət görüb və yeddi yaşlı uşaqdan küçədə nəzarətsiz qaldığı üçün valideynlərinə zəng etməyi xahiş edib.
Uşağın atası oğlunun nədə ittiham olunduğunu öyrənərək yaxınlarına zəng edib. 10 nəfər vəkilə hücum edib, onu təpikləyib, ailəsi ilə məşğul olacağı ilə hədələyib.
ZHK-nın mühafizəçiləri münaqişəyə müdaxilə etməsələr də, polisə zəng vurublar, polis isə cəmi bir saat sonra hadisə yerinə gəlib. Bütün bu müddət ərzində kişi uşaqların və valideynlərin gözü qarşısında döyülüb.
Hücum edənlər qurbanın cibinə narkotik atmağa çalışsalar da, polis buna imkan verməyib.