Fələstin prezidenti Mahmud Abbas türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyənin paytaxtı Ankaraya üç günlük rəsmi səfərə gedəcək.
"Unikal" xəbər verir ki, bu barədə Fələstinin Türkiyədəki səfiri Faed Mustafa bildirib.
Mustafa qeyd edib ki, iki lider qarşılıqlı maraq doğuran məsələləri və Fələstin-Türkiyə münasibətlərinin yaxşılaşdırılması yollarını, həmçinin Fələstindəki son siyasi prosesləri, digər regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.