Tehrandan Təbrizə uçan "Merac Hava Yolları"na məxsus təyyarə tüstü və təyyarənin salonundakı xoşagəlməz qoxu səbəbindən Mehrabad hava limanına məcburi eniş edib.
"Unikal" iran mediasına istinadən xəbər verir ki, təyyarə havaya qalxdıqdan yarım saat sonra yenidən Mehrabad hava limanına qayıdıb.
Problemin səbəbi araşdırılır. Sərnişinlərdən biri təyyarə havaya qalxdıqdan sonra salonda çoxlu tüstü olduğunu, sərnişinlərin çətinliklə nəfəs aldığını və pilotun Mehrabad hava limanına təcili eniş etməli olduğunu bildirib.
O, bəzi sərnişinlərin təngnəfəslikdən əziyyət çəkdiyini və əraziyə təcili tibbi yardım maşınlarının cəlb olunduğunu da deyib.
"Meraj Hava Yolları" baş verənlərlə bağlı sərnişinlərə heç bir izahat verməyib.