Ortamüddətli perspektivdə Qərb ölkələri Rusiyaya qarşı sərt xəttindən əl çəkməli olacaq.
"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın “The Sunday Times” qəzeti yazır.
Ukraynada xüsusi hərbi əməliyyat başa çatdıqdan sonra Qərb Rusiya ilə konstruktiv münasibətlər qurmalı olacaq. Nəşr yazır ki, Vaşinqton və Londondakı siyasətçilər çox güman ki, Ukraynanın döyüş meydanındakı vəziyyəti təkbaşına həll edə biləcəyinə və Rusiya prezidenti Vladimir Putinin Kremldən gedəcəyinə ümid edirlər.
Bununla belə, məqalə müəllifi belə bir ssenarini “xəyalpərəstlik cəhdi” adlandırır.
Nəşr hesab edir ki, Rusiya münaqişənin sona çatmasından sonra özünü “zəifləmiş və təcrid olunmuş” vəziyyətə sala bilər, lakin qitədə təhlükəsizliyi təmin etmək üçün yenə də onunla hesablaşmaq lazım gələcək.
Bundan əlavə, Rusiya hakimiyyətinin reytinqi yüksək səviyyədə qalır və sanksiyaların effekti tezliklə görünməyəcək. Rusiya Federasiyasında hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Qərblə Rusiya arasında ziddiyyətlərin qala biləcəyi vurğulanır.
Bundan əvvəl Estoniyanın baş naziri Kaja Kallas rusiyalılara Avropaya viza verilməsini qadağan etməyə çağırıb.
Ramil Zeynallı