Bundestaq Ukraynaya silah tədarükünün artırılmasını tələb edir.
"Unikal" xəbər verir ki, bu barədə “Spiegel”ə istinadən yazır.
Deputatlar Kristian Klink, Sarah Nanni və Alexander Müller Avropanın dəyərləri uğrunda mübarizə aparan Ukraynaya dəstəyin vacibliyini bəyan ediblər.
Qeyd ediblər ki, Rusiya-Ukrayna müharibəsinin nəticəsi Avropa, o cümlədən Almaniya üçün birbaşa nəticələr verəcək: "Rusiyanın qələbəsi Avropanın təhlükəsizliyini sarsıdacaq. Bu, həm də göstərəcək ki, Avropada aqressiv müharibə yolu ilə siyasi məqsədlərə nail olmaq mümkündür".