Zəngəzurda (Ermənistanın Sünik vilayətində - red.) ölümlə nəticələnən yol qəzası baş verib.

"Unikal" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Ararat vilayəti sakini Fərhad Akopyanın idarə etdiyi avtomobil Qafan şəhərində yoldan çıxaraq beton maneəyə çırpılıb.

Hadisə nəticəsində sürücü və bir sərnişin ağır yaralanıb, digər sərnişin hadisə yerində ölüb. Həkimlərin səylərinə baxmayaraq xəstəxanaya yerləşdirilən sərnişin də dünyasını dəyişib.

Avtomobilin sürücüsü və sərnişinlər eyni yerdə xidmət keçən hərbçilər olub.