Ukrayna hərbçiləri Odessa vilayətində dreyf edən dəniz minasını zərərsizləşdirib.
"Unikal" xəbər verir ki, bu barədə Odessa şəhər hərbi administrasiyası məlumat yayıb.
Bildirilir ki, zərərsizləşdirilmə prosesi böyük partlayışla müşayiət olunub. Bu, sutka ərzində zərərsizləşdirilmiş ikinci dəniz minasıdır. Bir müddət əvvəl çimərlikdə 2 nəfər minaya düşdüyü üçün sahil zonasına giriş qadağan edilib.