Yəmənin şimalındakı Həcc və Əmran şəhərlərində ildırım çaxması nəticəsində son 24 saat ərzində 13 nəfər həyatını itirib, 21 nəfər isə yaralanıb.
"Unikal" xəbər verir ki, Həcc şəhərinin müxtəlif yerlərində ildırım düşməsi nəticəsində 7 nəfər ölüb, 8 nəfər yaralanıb.
Husilərə aid “Sentyabr Net” internet saytındakı xəbərdə Amran şəhərində dəfn mərasimi zamanı düşən ildırım nəticəsində 6 yəmənli qadının həyatını itirdiyi, 13 nəfərin isə yaralandığı bildirilib.
Birləşmiş Millətlər Təşkilatı (BMT) avqustun 12-də Yəməndə leysan yağışlar və daşqınlar nəticəsində 77 nəfərin həyatını itirdiyini açıqlayıb.