Ötən gün axşam saatlarında Ermənistanın ikinci prezidenti Robert Köçəryan ölkəni tərk edib.
"Unikal" xəbər verir ki, bu barədə "Yerevan.Today" məlumat yayıb.
KİV Köçəryanın İrəvan məhkəməsinin müəyyən etdiyi sərhədi keçməyə qadağanın olduğunu nəzərə alaraq hansı məqsədlə və necə keçdiyini araşdırıb. Belə ki, nəşr Ermənistanın ikinci prezidentinin aparatının koordinatoru Baqrat Mikoyana müraciət edib.
Baqrat Mikoyan medianın suallarına cavab olaraq, "Prezident Köçəryan dünən bir həftəliyə Ermənistanı tərk edib. Sentyabrın 20-nə kimi iclaslarda uzun fasilə olmasından istifadə edən prezidentin hüquq-mühafizə qrupu getməyə icazə almaq üçün məhkəməyə müraciət edib. Məhkəmə onun avqustun 22-29-da Ermənistanda olmamasına icazə verib. Prezident Köçəryan bu fürsətdən istifadə edib getdi. O, avqustun 29-da qayıdacaq", - deyib.
Baqrat Mikoyan Robert Köçəryanın Rusiya Federasiyasına getməsi ilə bağlı sualı da cavablandırıb:
"Xeyr, Köçəryan Rusiyaya getməyib, başqa ölkəyə gedib".
Gülayə Mecid