ABŞ dövlət borcunu ödəməyə bilər.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ölkələrindən olan həmkarları ilə onlayn məsləhətləşmələrdə çıxışı zamanı deyib.
Patruşevin sözlərinə görə, hazırda ABŞ-ın dövlət borcu 30 trilyon dolları, Yaponiyanın isə 10 trilyon dolları ötür:
"Belə dinamikanı nəzərə alsaq, yaxın gələcəkdə bu ölkələrin bu borcun ödənilməsində problem yaşayacağına inanmaq üçün bütün əsaslar var", - deyə katib bildirib.
Patruşev bütün dünyada ərzaq və enerji qiymətlərinin artdığına da diqqət çəkib. O, bunun əsas səbəbi kimi “ABŞ və Avropada fəaliyyət göstərən mətbəəni” göstərib.
"Pandemiya zamanı son 40 ildə ən böyük vəsait emissiyası olub. ABŞ 5,9 trilyon dollar, Avropa isə 2,9 trilyon avro çap edib. Qərblilər bunun fonunda yaranan inflyasiya yükünü rüsvayçılıqla inkişaf etməkdə olan ölkələrin üzərinə qoyurlar”, - deyə Patruşev yekunlaşdırıb.
Bundan əvvəl "Bloomberg" ABŞ valyutasının artımının qlobal iqtisadiyyata ciddi problemlər gətirdiyini yazmışdı.
Gülayə Mecid