Hindistanın Kerala və Odişa ştatlarında 82 uşaqda “pomidor qripi” aşkarlanıb. Xəstəlik qızartı, yüksək hərarət, oynaq ağrılarına səbəb olur.
"Unikal" xəbər verir ki, "The Lancet" jurnalının dərc etdiyi hesabatda, hadisələrin ilk dəfə Hindistanın Kerala əyalətinin Kollam şəhərində görüldüyü paylaşılıb.
Hesabatda virusun vilayətin Ançal, Aryankavu və Neduvathur rayonlarında 5 yaşdan kiçik uşaqlarda müşahidə edildiyinə dair məlumatlar yer alıb.
Bundan başqa, Odişa ştatında 1-9 yaşlı 26 uşaqda infeksiya aşkarlanıb və yoluxma sayı 82-yə çatıb.
Virus asanlıqla yayılır
Mütəxəssislər virusun çox asanlıqla yayıldığı barədə xəbərdarlıq ediblər.
Adını dəridəki qırmızı qabarcıqlardan alan “pomidor qripi” qızartı, yüksək hərarət və oynaq ağrılarına səbəb olur.
Hələlik xəstəliyin müalicə üsulunun olmadığı bildirilir.
Gülayə Mecid