İsraildə sahibindən qaçan öküz bank filialına daxil olub.

"Unikal" xəbər verir  ki, hadisə paytaxt Təl-Əvivin yaxınlığındakı Lod şəhərində baş verib.

Sahibindən qaçan öküz arxasınca gələnlərə yaxalanmamaq üçün rayondakı bank filialına daxil olub. 

Bir müddət sonra sahibinin öküzü tutduğu və hadisə zamanı xəsarət alan olmadığı bildirilib.