Rusiya Kiyevin Zaporojye Atom Elektrik Stansiyasının (ZNPP) ətrafında davam edən təxribatları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının avqustun 23-də təcili iclasının keçirilməsini xahiş edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Ümumdünya Təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski özünün Telegram kanalında məlumat verib.
"Ukraynanın ZNPP-yə qarşı davam edən təxribatları ilə əlaqədar olaraq, biz BMT Təhlükəsizlik Şurasının gündəmdəki "beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər" bəndi üzrə təcili iclasının keçirilməsini xahiş etdik. BMT-nin baş katibi Antonio Quterreşin orada çıxış etməsini xahiş etdik. İclas Avqustun 23-də Moskva vaxtı ilə saat 22:00-a planlaşdırılıb”, - Polyanski qeyd edib.
Ertəsi gün Moskva vaxtı ilə saat 17:00-da Ukrayna ilə bağlı Qərb dövlətlərinin tələb etdiyi növbəti görüş olacaq”, - diplomat bildirib.