Litvanın daxili işlər naziri Aqne Bilotaite Klaypedada Rusiya ilə quru və su sərhədlərinin ciddi şəkildə mühafizə edildiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb .
“Sizi əmin edə bilərəm ki, Rusiya ilə su və quru sərhədləri ciddi şəkildə qorunur”, o deyib.
Bilotaite vurğulayıb ki, Litvaya qarşı davamlı hibrid hücumlar və Ukraynadakı münaqişə “ən yüksək ayıqlıq” rejimində olmağa “məcbur edir”.
Nazir bu gücləndirmənin nələri əhatə etdiyini açıqlamayıb.
Siyasətçinin sözlərinə görə, Klaypeda şəhər regionunda böyük dövlət limanı və səkkiz strateji obyekt, o cümlədən mayeləşdirilmiş təbii qaz üçün liman terminalı olması səbəbindən belə tədbirlər mühüm əhəmiyyət kəsb edir. O, həmçinin əlavə edib ki, bundan sonra sərhədçilərin texniki təminatına diqqət artırılacaq.