Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adan Qebreyesus ÜST-nin bütün üzv dövlətlərini bütün tibb işçilərini və 60 yaşdan yuxarı insanları peyvənd etməyə çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə ÜST-nin mətbuat xidməti məlumat yayıb.
"Biz (ÜST) üzv ölkələri tibb işçilərinin və 60 yaşdan yuxarı insanların 100% peyvəndinə riayət etməyə çağırmaqda davam edirik" deyə Qebreyesus bildirib.
Eyni zamanda, o əlavə edib ki, məqsəd hələ də əhalinin 70%-ni peyvənd etmək olmalıdır.
"Bu, insanların həyatını xilas etmək və həqiqətən davamlı bərpanı təmin etmək üçün ən yaxşı yoldur", - ÜST rəhbəri vurğulayıb.