İtaliyanın Katanzaro sahillərində su almağa başlayan 40 metr uzunluğundakı superyaxta batıb.
"Unikal" xəbər verir ki, yardım çağırışı üzərinə Avropa Sərhəd və Sahil Mühafizəsi adından bir Rumıniya gəmisi və daha bir patrul gəmisi bölgəyə göndərilib .
Geliboludan yola düşərək Milazzoya gedən superyaxtanın 4 sərnişini və 5 ekipaj üzvü xilas edilib.
Yedək gəmisi ilə limana çəkmək istəyərkən superyaxta tamamilə batıb. İtaliyanın sahil mühafizəsi pis hava şəraitinin superyaxtanın limana çəkilməsini çətinləşdirdiyini bildirib