Latviyada Sovet əsgərlərinə ucaldılmış abidənin sökülməsinə başlanılıb.

"Unikal" xəbər verir ki, artıq inşaatçılar və texnikalar abidənin yerləşdiyi Riqadakı Qələbə parkının ərazisinə gəlib. 

Avqustun 22-də Riqa Şəhər Şurasında bildirilib ki, abidənin sökülməsi noyabrın 15-dək başa çatdırılmalıdır. Bunun üçün təxminən 2,1 milyon avro (2,12 milyon dollar) xərclənməsi planlaşdırılır.

Ağarza Elçinoğlu