FSB Rusiyanın şəhərlərində dinc əhali arasında kütləvi itkilərlə silsilə terror aktları təşkil edə bilər.
"Unikal" xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTX) katibi Aleksiy Danilov deyib.
Onun sözlərinə görə, rus təbliğatçısı Darya Duqinanın qətli Rusiyanı gözləyən qanlı terror aktlarının yalnız birincisidir.
"Rusiyada müharibəyə dəstək azalır. Kremlin ictimai səfərbərliyə ehtiyacı var. FSB-nin Rusiya şəhərlərində dinc əhali arasında kütləvi itkilərlə silsilə terror aktları təşkil edəcəyi gözlənilir. Duqina bu seriyanın birincisidir. Ukrayna Rusiyadan fərqli olaraq dinc əhali ilə müharibə aparmır”, - o ifadə edib.