Ukrayna Silahlı Qüvvələrinin 66-cı Mexanikləşdirilmiş Briqadasının Novomixailovka rayonundakı taborlarından biri itki verərək döyüş qabiliyyətini itirib.

"Unikal" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov bildirib.

Qeyd olunub ki, hərbçilər öz mövqelərini tərk ediblər: "Novomixaylovka qəsəbəsi ərazisində ağır itkilər nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 66-cı mexanikləşdirilmiş briqadasının 2-ci mexanikləşdirilmiş batalyonu döyüş qabiliyyətini itirib. Bölmənin hərbçiləri mövqelərini tərk edərək naməlum istiqamətə yollanıblar", - deyə o əlavə edib. 

Ağarza Elçinoğlu