Ukrayna Silahlı Qüvvələrinin Donetsk şəhərini atəşə tutması nəticəsində Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilinin administrasiyasının binasına ziyan dəyib.
"Unikal" xəbər verir ki, bu barədə Donetsk meri Aleksey Kulemzin öz "Telegram" kanalında məlumat verib.
Kulemzin bildirib ki, şəhərin mərkəzi – Voroşilovski və Kalininski rayonları atəşə tutulub.
Məlumata görə, hücum nəticəsində iki nəfər həlak olub.
Gülayə Mecid