Darya Duqinanın qətlinin təşkilatçılarına, sifarişçilərinə və icraçılarına mərhəmət olmamalıdır.
"Unikal" rus mediasına istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov suriyalı həmkarı ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
O, Darya Duqinanın qətlini varvar cinayət adlandırıb: "Bu, heç cür bağışlanıla bilməz".